• İnsan nə ilə yaşayır?

Dünya ədəbiyyatının, rus nəsrinin ən nəhəng ədəbi simalarından biri Lev Nikolayeviç Tolstoyun  “İnsan nə ilə yaşayır?” adlı bu kiçik povesti onun digər iri və ya kiçik həcmli əsərlərindən tamamilə fərqli bir üslubda yazılmışdır. 

  Bu əsərdə yazıçı oxucuya çatdırmaq istəyir ki, bəşəri fəlakətlərdən xilas olmağın yeganə yolu hər bir insanın Allahı öz içində kəşf etməsidir. Dini dəyərlərə çox böyük önəm vermiş L. N. Tolstoy İslam dininə rəğbətini qətiyyən gizlətməyib. Mistik, irrasional təsvirlərlə tamamlanan  “İnsan nə ilə yaşayır?” povesti yazıçının yaradıcılığında bəlkə də ən lakonik sənət nümunəsidir. Cəzalandırılaraq yerə göndərilən mələk üç suala cavab  tapdıqdan sonra Allahın hüzuruna qayıda bilər. Əks halda geriyə yol yoxdur. Bu üç sual nədən ibarətdir?

1.   İnsanda yaşayan nədir?

2.   İnsana verilməmiş olan nədir?

3.   İnsan nə ilə yaşayır?

  Olduqca sadə süjet xəttinə malik olan əsərin qəhrəmanı Simon kasıb bir başmaqçıdır, bir gün o, dəri almaq üçün qonşu kəndə gedir və qayıdarkən küçədə çılpaq bir adamın soyuqdan büzüşüb tir-tir əsdiyini görür. Ona yazığı gəlir və evə gətirir.

  Hər şey də bundan sonra baş verir.

  Həyatını düzgün qurmaq üçün o üç sualın cavablarını öyrənməyə dəyər.   


1. “Kitab Al” da Azərbaycanın və dünyanın istənilən nöqtəsinə çatdırılma mövcuddur.

2. Naxçıvan Muxtar Respublikasına və digər bölgələrimizə çatdırılma poçt vasitəsilə həyata keçirilir. Çatdırılma haqqı hər kitaba görə 1 AZNdir.

3. Abşeron, Bakı, Sumqayıt və Xırdalana çatdırılma kuryerlərimiz vasitəsilə həyata keçirilir. Çatdırılma haqqı ümumi sifariş üçün 2 AZN dəyərində hesablanır.

4. Əlavə məlumat üçün TEL / WHATS APP : 055 804 22 05

Write a review

Note: HTML is not translated!
    Pis           Yaxşı

İnsan nə ilə yaşayır?

  • 3,00 AZN


Xüsusi məhsullar

İnsan nə ilə yaşayır?
Pişik beşiyi

Pişik beşiyi

7,00 AZN

TOTEM VƏ TABU

TOTEM VƏ TABU

6,99 AZN

Gənc romançının etirafları
Mədəniyyətin Təməlləri
Yaşamaq yanğısı
Anam sənə əmanət
ALDATMA

ALDATMA

9,99 AZN

İşığın oyunu. Tanrını axtaran detektiv
Tanrı Yanılgısı
Mısır'ın Ölüler Kitabı
Kurt Gölü

Kurt Gölü

16,00 AZN

Bu Şəhərdə Kimsə Yoxdur
Yəhudi dövləti
İnsanın məna axtarışı
Маленький принц
Gicbəsər

Gicbəsər

5,00 AZN

Ümidinizi üzməyin