Məhsul kodu: 10283
Bu kitab Azərbaycan tarixinə əbədi yazılacaq 44 günün möcüzələrindən bəhs edir. 44 günün möcüzələri deyəndə göz önünə Vətən müharibəsi, torpaqlarımızın azadlığı, müqəddəs amallar uğrunda canından keçən əziz şəhidlərimizin misilsiz qəhrəmanılığı, igid qazilərimizin düşmənə
dərs olan şücaəti, rəşadətli Azərbaycan Ordusunun dünya hərb tarixinə yazılacaq parlaq qələbəsi və bu arzuların çin olması üçün Ali Baş Komandanın müdrik sərkərdə istedadına güvənərək, onun rəhbərliyi altında yumruq kimi birləşərək, düşmənin başına “Dəmir yumruq” endirən Azərbaycan xalqının dəyanəti gəlir təbii ki...
Kitaba daxil edilmiş hekayələri oxuduqca haldan-hala düşəcək, gah sevinib fərəhlənəcək, gah da mütəəssir olub kövrələcəksiniz. Burada müxtəlif müəlliflərin hərəyə bir hekayəsi olmaqla 44 əsər toplanıb. Bu hekayələrdə 44 günlük müqəddəs savaşın ayrı-ayrı epizodlarının, şəhid, qazi və əsgər valideynlərinin, döyüşçülərin, əzizlərini Vətən uğrunda döyüşə yola salmış insanların hiss və həyəcanlarının hər müəllifin özünəməxsus istedad və ustalıqla qələmə aldığı bədii təsvirini görəcəksiniz. Bu kitab dünyada dillərdə dastan olmuş 44 günlük savaşda xalqımızın gücünü və rəşadətini vəsf etmək yolunda bir töhfədir, möhtəşəm Qələbəmizə bir heykəldir. İnanırıq ki, bu yazı abidəsi oxucuların zövqünü oxşayacaq.