Müsahibələr,Haqqında Məqalələr Beşinci Cild

Məhsul kodu: 10618

  • 12 AZN
  • 9.6 AZN


Müəllif
Rafiq Tağı
Kateqoriya
Proza , Çağdaş Azərbaycan Ədəbiyyatı
Nəşriyyat
Qanun
Səhifə
464
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

Daha öncələr anonsunu verdiyimiz, Rafiq Tağının beşcildliyinin 5-ci cildi – «müsahibələri və haqqında yazılanlar» toplusu artıq qarşınızdadır. Siz bu yazılar vasitəsilə Rafiq Tağının yazıçı mətbəxi, onun daxili dünyası, ədəbiyyata, ictimai proseslərə baxışı ilə tanış olacaqsınız. Müsahibələri bir növ, onun həm esseçiliyinin davamı kimi oxunacaq, eyni zamanda esselərində çox vaxt qalmaqallı görünən məqamlara onun necə aydınlıq gətirməsilə tanış olacaqsınız. Rafiq Tağı yazar-esseçi olmaqla bərabər, eyni zamanda həkim, filosof, təbiətşünas idi. O, dərin erudisiya, sər­rast müşahidə qabiliyyətinə malik, mahiyyətə, mental qatlara vara bilən fikir adamı, mütəfəkkir idi. Onun müsahibələri də, esseləri kimi fəlsəfi fikirlərlə, düşündürücü kodlarla zəngindir, sıradan müsahibə deyil. Sanki Rafiq Tağı esselərində deyə bilmə­diklərini müsahibələrində demək istəyirdi. Sanki o tələ­sirdi, fikirlərini xalqa tam çatdıra bilməyəcəyinə görə narahat idi. Buna görə də həyatının son illərində ard-arda saysız-hesabsız müsahibələr verirdi. Bunu sanki qəzet-jurnallarda çalışanlar da duymuşdular...
Kitabı oxuduqca bu söylənilənlərə əmin ola biləcəksiniz.
Eyni zamanda, bu kitaba Rafiq Tağının müxtəlif məqalələri barədə yazıçı həmkarlarının tənqidi məqalələri də daxil edilmişdir. Burada obyektivlik naminə Rafiq Tağının fikirləri ətrafında fərqli polemik fikirlərlə tanış etmək, eyni zamanda oxucunu 1990-2011-ci illər dönəmində ədəbi cameədə baş verən ədəbi qalmaqallar barədə məlumatlandırmaq məramı güdülmüşdür.
Əminliklə demək olar ki, Rafiq Tağının hekayələri və esseləri ilə bərabər ondan alınmış müsahibələr və haqqında yazılan fikirlər də onu bir mütəfəkkir kimi başqa rakurslardan tanıtmaqla yanaşı, onun fikir dünyasına təkrar baş vurmaqda sizə yardımçı olacaq, eləcə də sizi Rafiq Tağı kimi düşünməyə, xəyal dünyanızda hüdudları aşmağa sövq edəcəkdir.
Beşcildlikdəki 3-cü cildə toplanmış hekayələri, 4-cü cild və bu, 5-ci cild Rafiq Tağının yaradıcılığının bir qismidir.
Ardı var, deyirik.
Xoş qiraətlər!


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar