Məhsul kodu: 10785
Son illər insanın tələbat duyduğu informasiyanın miqdarı o qədər sürətlə genişlənir ki, biz bu artımla bəzən ayaqlaşa bilmirik,
özümüzü rəngarəng məlumatların sahilsiz okeanında azmış və köməksiz hiss edirik. YUNESKOnun verdiyi xəbərə görə XIX
əsrin əvvəllərində bütün dünya üzrə elmidövri nəşrlərin sayı 100-ə yaxın idi. 1850-ci ildə dövri nəşrlər 1000-ə qədər artmış, 1900-cü ildə 10000-i keçmiş, indisə bəzi mütəxəssislərin rəyinə görə 100000-ə yaxınlaşır.
Bundan əlavə jurnal məqalələri durmadan genişlənir: indi onların dərci il ərzində 3 milyona qədərdir. Son 25 ildə nəşr olunan kitabların sayı son 500 ildəkinə bərabərdir. Bəs bu axının informasiya tufanında müvazinəti necə saxlamalı?