Məhsul kodu: 10920
Bu, psixologiya, cəmiyyətdə və siyasətdə hakimiyyətin funksiyaları, həmçinin strateji düşüncənin xüsusiyyətləri mövzusunda yazılan mükəmməl kitabdır. Kitabda Çarlz Darvin, Volfqanq Motsart, Henri Ford, Albert Eynşteyn, Pol Qrem və Freddi Rouç kimi görkəmli şəxsiyyətlərin, çağdaş ustaların davranışları fonunda insan xarakterinin necə formalaşması izah olunur.
Gücün ən üstün nöqtəsi Ustalıqdır. İnsan həyatda, cəmiyyətdə necə güc sahibi ola bilir, labüd olanı necə bilmək olar, dahilər öz səhvlərindən necə nəticə çıxarıb düzgün qərar qəbul edir, başqalarının səhvlərindən öyrənərək onları necə öz uğuruna çevirir – Robert Qrinin usta qələmi tarixin ən qüdrətli insanlarının güc sahibi olmaq üçün keçdiyi yolların sirlərini bizimlə paylaşır, hər birimizdə bu potensialın mövcudluğuna inam yaradır.