Məhsul kodu: 10982
Zindandan saraya romanında tariximizdə xüsusi yeri olan Şah İsmayıl Səfəvinin İstəxr qalasındakı həyatından, məruz qaldığı təqiblərdən, eləcə də həmin dövrdə dövlətlər arasında cərəyan edən hadisələrdən, taxt uğrunda gedən mübarizələrdən geniş şəkildə bəhs edilir. Şeyx Heydərin son beşiyi İsmayılın zindandan saraya gedən həyat yolu olduqca keşməkeşlidir. Tarixin sehri ilə İsmayılın sirlərlə dolu yolunun vəhdəti sətirlərdə bədiiliklə təsvir olunur. Hadisələr oxucunun zamanda səyahət etməsinə imkan yaratmaqla bərabər, tarixi biliklərini dərinləşdirməsinə də kömək edəcək. Tarixi şəxsiyyətlər, qohumluq əlaqələri, döyüşlər və s. gedişatda aydın və oxucu üçün anlaşıqlıdır. İsmayılın dünyaya gəlməsi ilə başlayan romanda hadisələri oxucuya olduğu kimi çatdırmaq üçün müəllif 100-ə yaxın tarixi mənbədən istifadə edib.