Məhsul kodu: 11042
Vaqif, darıxıram desəm, yalan olar... bəzən zilə qalxır sənsizliyimin yalquzaq səsi...
Bir dəfə məndən soruşdular ki, sənsizliyi necə ifadə edə bilərəm?
Cavabım özümçün də gözlənilməz oldu. Fikirləşmədən cavab verdim:
Uşaqlığımın,
gəncliyimin,
bütün ömrümün üstünə
VAQİF SƏMƏDOĞLU
adı yazıldı...
Deyirlər, ömrü təkrar yaşamaq olmur. Ancaq olurmuş... Uşaqlığımı, gəncliyimi... ilk görüşdən son görüşə kimi Sənli ömrü yaddaşımın içində əridərək, sözbəsöz, cümləbəcümlə təbəssümlə, göz yaşıyla, ölüb-dirilərək kağız üzərinə köçürmək ömrü təkrar yaşamaq deyilmi?!