Məhsul kodu: 11248
Qədim yunan filosofu Platonun əsərlərində olduğu kimi kitab dialoq əsasında qurulub. Kitabda bir qoca və gənc qarşılıqlı şəkildə oturub həyata dair önəmli anlayışları müzakirə edir, qoca yaşının gətirdiyi müdriklik ilə gəncin barışmaz düşüncələrinə və suallarına nümunələr çəkərək kəsərli cavablar verir, Sokrat kimi mövzular hissələrə bölünür və həll edilir. Əsəri oxuyarkən gəncin Mark Tvenin gənckən sahib olduğu düşüncələri, qocanın isə onun əsəri yazarkən sahib olduğu düşüncələri təmsil etdiyi aydın görünür. Yəni, əslində, müzakirə üçün göz-gözə oturmuş, öz arqumentlərini irəli sürən bu iki şəxs elə eyni insan – Mark Tvenin özüdür.