Məhsul kodu: 11307
Bu kitab romantiklərə – Don Kixot uşaqları na həsr olunub. Bunlar cəmiyyətdə artıq hesab olunan, öz ölkəsində mühacirət yaşayan insanlardır. 20-ci əsrin ideyalarını və xüsusilə neorealist janr estetikasını inkişaf etdirərək, estetik dil və poeziyaya, hər şeydən ümdə hesab etdiyim XÜSUSİ reallıq hissinə güclü nostalji duyuram. Yaradıcılıq prosesində çox maraqlı bir qənaətə gəldim: tragikomediya (yaxud lirik komediya) çərçivəsində hərəkət edərək, sonda neorealizmdən neoromantizmə gəlib çıxıram.
Mənim qəhrəmanlarım 20-ci əsrin ortası və sonlarının tənha qalmış artıq adam ının ümumiləşmiş obrazıdır. Bugünkü reallıqdan “çıxıb” öz fantaziyalarına və xatirələrinə köç edən romantik personajdır. Ziyalı-ekssentrikdir.