Məhsul kodu: 11334
 Bu dəfə qəhrəmanımız Səssiz dostlarıyla bir-birini güldürmə  oyunu oynayır. Bildiyi bütün lətifələri danışdıqdan sonra,  uşaqları güldürmək üçün  dostu Daşqının dişlərini ələ salır. Təbii ki, Daşqın çox üzülür və Səssizdən küsür. Onunla  barışmaq üçün Səssiz Zaman maşını icad etməyə qərar verir. 
Bu ərəfədə daha əvvəl etdiyi icadlardan da bizə danışır. Anaların ən çox ehtiyacı olan «pərdə asmaq maşını» ,  «paxlava xəmiri yaymaq üçün icad», 
 «tozları silmək üçün icad» və daha bir çox ixtiralar… Bu icadları edərkən Səssiz çoox gülməli hadisələr yaşayır.  Bəs görəsən Zaman maşınını ixtira edə bilirmi?