Məhsul kodu: 11381
Priqojinin işinə maraqlı bir fiziki reduksiya əsəri kimi baxmaq olar… Bu əsər insan yaradıcılığının fizika qanunlarına niyə zidd olmadığının səbəbini anlamağa yol aça bilər”. – Ser Karl R. Popper
“Müəyyənliyin Sonu” üçün yüksək təriflər:
Priqojin xaos və özünütəşkil nəzəriyyəsinin qabaqcıllarındandır. Onun fikirləri Darvininki qədər inqilabi və fundamentaldır. Konseptual, tarixi və şəxsi fikirlərinin heyrətamiz sintezi ilə o, bizə dövrümüzün ən macəralı elmi təxəyyüllərindən birinə nadir və üstün bir nəzər yetirməyə imkan yaradır”. - Oliver Saks
“Priqojin termodinamikanın tətbiq imkanlarını genişləndirərək tornadolardan düşünən varlıqlara qədər müxtəlif sistemləri əhatə edə bildi. Üstəlik, “Müəyyənliyin Sonu” əsəri intuitiv düşüncədən tutmuş tam həcmli fiziki nəzəriyyəyə qədər yüksək yaradıcı ağıl daxilində ideyanın inkişafını izləməyə imkan verən bir əsər kimi son dərəcə cəlbedicidir . – Yuval Neeman, Texas Universiteti
“Elm ictimaiyyəti İlya Priqojinə bu əsərdə də həllini açıqladığı qeyri-tarazlıq və mürəkkəblik problemləri istiqamətində qırx il ərzində təkbaşına davamlı əzmkarlığına görə çox şey borcludur . – Ser Con Maddoks, Fəxri redaktor, “Nature”
“Keçən əsrin böyük bir hissəsində fiziklər iddia edirdilər ki, daim yüksələn entropiyaya sahib birtərəfli zaman oxu termodinamikanın ikinci qanunu ilə əlaqədardır. İlya Priqojin bu cəsarətli kitabında fərqli mövqe tutur. Onun qaldırdığı məsələlərin dərinliyini və arqumentlərin cəlbediciliyini anlamaq onun irəli sürdüyü həllərlə razılaşmağı şərtləndirmir”. – Stuart Kauffman, Santa Fe İnstitutu