Məhsul kodu: 11405
Azərbaycanın ictimai-siyasi tarixində izi və sözü olan, zəmanəsinin görkəmli dövlət xadimi Nəzər Heydər oğlu Heydərovun bədii-publisistik janrda qələmə aldığı “Zəngəzur dağlarında” kitabı xüsusi əhəmiyyət kəsb edir.
Bu kitabı müəllif vəfatından üç il əvvəl, 1965-ci ildə tamamlamışdır. Bu nəşrin hər sətri, hər səhifəsi Nəzər Heydərovun taleyüklü tarixi hadisələr axınında keçirdiyi ömürnaməsindən xəbər verir. Bir növ, “Zəngəzur dağlarında” dövrün baş verən olaylarının, ictimai-siyasi ab-havasının canlı şahidinin təəssüratlarıdır.