Məhsul kodu: 11406
Avraam Linkoln – ABŞ-ın 16-cı prezidenti (1861-1865), Milli Qəhrəman, ən məşhur Amerika prezidentlərindən biridir. Onun seçilməsindən sonra ölkədə vətəndaş müharibəsi baş verdi, lakin o, Şimalı Cənub üzərində qələbəyə gətirib çıxara bildi ki, bu da millətin birliyini təmin etdi və dörd milyon insanı köləlikdən azad etdi. Beləliklə, Amerikanın müasir, mərkəzləşdirilmiş, sənaye cəhətdən inkişaf etmiş dövlət kimi inkişafı üçün şərait yaradıldı. Linkolnun taleyi bir daha onu göstərir ki, doğulduğun coğrafiya, yaşadığın mühit uğurlara çatmağında və nailiyyət qazanmağında həlledici amil deyil. Uşaqlığı məhrumiyyətlərlə və iztirablarla keçirdikdən sonra yoxsul fermerin oğlu ölkənin ən yüksək siyasi vəzifəsinə yüksəlir. Ancaq bu insan üçün demokratiya hər şeydən üstün idi. “Mən nə qul, nə də sahib olmaq istəmirəm. Mənim demokratiya haqqında təsəvvürüm bundan ibarətdir”. Avraam Linkoln