Məhsul kodu: 11422
Milyonlarla ailənin stolüstü kitabına çevrilmiş Möcüzəsiz möcüzə adlı elmi-publisistik əsərin müəllifi yazıçı-jurnalist Ərşad Əzimzadə yenidən ümumbəşəri mövzuya - sağlamlıqla xoşbəxtliyin sıx bağlılığı mövzusuna qayıdıb. Özünü sağlam həyat tərzinin köməyi ilə 8 sağalmayan (rəsmi tibb elminin fikrincə) ağır xəstəlikldən qurtaran müəllif bu dəfə bədii janrın köməyi ilə oxucuları inandırmağa çalışır ki, sağalmayan xəstəlik yoxdur, hər kəsin taleyi öz əlindədir, insan özü öz həyatını Cəhənnəmə də döndərə bilir, Cənnətə də...