Məhsul kodu: 11457
Məşhur ingilis yazıçısı, «detektiv janrının kraliçası» adlandırılan Aqata Kristinin (1890–1976) əsərləri dünyanın 100-dən artıq ölkəsində işıq üzü görüb. Böyük həvəslə oxunan bu əsərlərin ümumi tirajı ilbəil artır. Nəsillər dəyişir, lakin Kristinin yaradıcılığına maraq azalmaq bilmir. Onun «Qolf meydançasında qətl», «Səssiz şahid», «Şərq ekspresində qətl», «Mavi qatarın sirri» kimi əsərləri klassika hesab olunur.
Həmin əsərlərdən biri də sizə təqdim olunan «On zənci balası» romanıdır. Bir-birini tanımayan on nəfər yay tətilini keçirmək məqsədilə eyni gündə Zənci adasına gəlir. Elə həmin gün axşamdan onların yerləşdikləri evdə qeyri-adi, qorxunc hadisələr cərəyan etməyə başlayır. Hər səhifəsini həyəcanla oxuyacağınız roman Aqata Kristinin əsərlərinə xas olan gözlənilməz sonluqla başa çatır.