Məhsul kodu: 11477
“Müdafiə dövrünün yazılmamış önəmli hadisələrinin bir qismini bu cəsur və fədakar qadının barəsində yazılmış kitab- da görmək mümkündür. Qorxmaz Firəngiz xanım bu kitabda özünün möhkəm və qüdrətli xarakterləri, kəndliyə xas səmimi dili və zərif qadın duyğuları ilə bizimlə danışır, məcburi müharibənin məchul qalmış mühüm bir coğrafiyasını xırdalıqları ilə göstərir. Biz müharibə dövrünün sərhəd kəndləri, onların sakinlərinin başına gələn böyük müsibətlər, qaçqınlıq, aclıq, maddi ziyanlar, xarabalıqlar və əzizlərinin matəmi barədə bu qədər geniş və aydın məlumata malik deyildik, onların işğalçı düşmənə qarşı ilk döyüşə yollanan övladlarının fədakarlığı barəsində də bir şey bilmirdik. Bu qorxmaz qadının düşmənləri öldürməsi və əsir tutması da müstəsna bir hadisədir, bənzəri həmin zamanlarda yalnız Süsəngirddə baş tutmuşdur. Firəngiz xanımı uca tutmaq, kitabı qələmə almış xanım Fəttahiyə gözəl, səlis qələmi, müsahibə almaq və xatirə yazmaq istedadına görə çox təşəkkür etmək lazımdır”.
Böyük Rəhbər Ayətullah Seyid Əli Xamenei,
10.02.2018