Məhsul kodu: 11529
Yarandığı andan bu günə qədər insan necə inkişaf etdi? Hansı səbəbdən planetin dominant növünə çevrildi? Odun kəşfindən mikrodalğalı sobaya qədər keçdiyimiz təkamülün sirri nədir? Bu sualların cavabı eşidə biləcəyiniz ən qəribə hekayədir. Və bu, gerçək bir hekayədir. “Sapiens” bestsellerinin müəllifi bu dəfə bəşəriyyətin erkən tarixinə dair unikal kitab təqdim edir. Həm də orta məktəb şagirdləri üçün. Öz parlaq əsərini xəritələr, xronologiya və rəngli illüstrasiyalarla canlandırır. İnsanların sadəcə həyatda qalmağı deyil, inkişaf etməyi necə bacardığını məharətlə öyrədə bilir. Biz ac şirdən və ya qəzəbli akuladan qaçmağı bacarmasaq da, gücümüz çox böyükdür. Üzləşdiyimiz bütün sirləri açacaq qədər.