Məhsul kodu: 11594
“Pişik beşiyi” romanı ən məşhur antiutopik əsərlərdəndir. Atom bombası haqqında kitab yazmaq istəyən Con material toplamaq üçün atom bombasının yaradılmasında iştirak etmiş Feliks Honnikerin üç uşağına məktub yollayır. Sonrakı hadisələr Karib dənizində yerləşən balaca San-Lorenso adasında davam edir. “Pişik beşiyi” bir uşaq oyununun adıdır. Bu oyunda ip müxtəlif kombinasiyalarda barmaqlara dolanır.
Parodiya üslubunda yazılmış əsər tez-tez bizi güldürsə də, daha çox düşünməyə vadar edir. Əsərin qaldırdığı problemlər o qədər çoxdur ki, düşünməyə vaxt tapmırsan. Oxu zamanı hadisələrin kaleydoskopu vadar edir ki, mütaliəni yarımçıq saxlayıb özümüzə sual verək: “İndicə nə oxudum?” İkinci oxunuşunda isə sizdə tamamilə başqa bir təəssürat yaranacaq, əsərin
bütün mənzərəsi gözləriniz önündə canlanacaq.