Məhsul kodu: 11599
Mərmidən xatirələr" kitabı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində canını ortaya qoyan minlərlə igid oğullarımızdan bir neçəsinin döyüş yolunu işıqlandırır.
Siz bu qəhrəman oğullarımızın döyüş xatirələri ilə addım-addım Şuşa qalasına gedəcək, illər sonra Qarabağ torpağında verilən ilk əzanın sədaları altında Böyük Qələbəyə şahidlik edəcəksiniz.
İkinci Qarabağ müharibəsini onun canlı şahidlərindən eşidək. Əminəm ki, döyüş yolunu oxuduğunuz bu qəhrəmanlarda öz doğmalarınızı, yaxınlarınızı görəcəksiniz.