Məhsul kodu: 11603
Qadın təlaşla masaya yaxınlaşanda, üstümə dağılan şəraba fikir vermədən, qələmi çıxarıb avtoqraf yazmaq üçün hazırlaşırdım. Adını soruşmadan bir-iki cümlə xoş söz yazıb, kitabı imzaladım və təbii ki, telefon nömrəmi də imzamın yanına yazmağı unutmadım. Qadın nə işlə məşğul olduğuma fikir vermədən, işini görürdü. Sonra... Sonra hər şey sürətlə inkişaf etdi. Suyuşirin, qısasaçlı qadın cəld şəkildə dağılmış masanı səliqəyə saldı. Əliylə masanın müvazinətini yoxlayıb, masanın hansı ayağının yelləndiyini anladı və mənim nəzakətlə ona uzatdığım şeir kitabını cəld şəkildə əlimdən qapıb aşağı əyildi və kitabımı masanın yellənən ayağının altına qoydu. Nəfəsimi tutub onu izləyirdim...