Məhsul kodu: 1162
İnsanları materializm dünyagörüşünə hansı səbəblər gətirib çıxardı? Müasir materialist təfəkkür, əslində, nəyə qarşı yönəlmişdi; kilsəyə, yoxsa ümumi teizmə?
Materialist düşüncəyə görə “İlk səbəb” problemi, şərq fəlsəfəsində də problemdirmi? Doğurdanmı Təkamül nəzəriyyəsi ilə Tanrının varlığı mövzusu, həmçinin materiyanın əzəliliyi ilə Tanrının mövcudluğu mövzusu birlikdə qəbul edilə bilməz?! Yaradılış anlayışı nədir? Yoxdan varetmə, yoxsa mövcudu varetmə? Bu ziddiyyət necə həll edilə bilər?
“Nizam dəlili” ilə, doğrudan da, Tanrının varlığını isbat etmək olarmı? Devid Yumun “nizam dəlili”nə qarşı irəli sürdüyü iradlara veriləcək qaneedici cavab varmı?
Mürtəza Mütəhhəri bu önəmli araşdırmasında bu və digər mövzularla bağlı əsaslı təhlillər aparır, mövzularla əlaqəli Ogüst Kont, Rassel, Sartr, Hegel kimi qərb filosoflarının və bunun müqabilində İbn Sina, Molla Sədra kimi müsəlman filosofların baxışını qarşılaşdırır və bu obyektiv təhlillərə əsasən diqqətəlayiq nəticələr əldə edir.