Məhsul kodu: 11650
Müasir dövrümüzün əsas biznes kitablarından sayılan ““Hə” cavabına gedən yol” əsəri milyonlarla insana daha yaxşı danışıqlar aparmağın yollarını öyrənməkdə yardımçı olub. Bütün səviyyələrdə danışıqlar və münaqişələrin həlli ilə məşğul olan qrup kimi Harvard Danışıqlar Layihəsinin işinə əsaslanan bu kitab oxuculara məişətdə, biznesdə və hər hansı bir vəziyyətdə insanlarla qarşılıqlı əlverişli razılaşmalara nail olmağın sadə və universal tətbiq imkanları olan metodunu təklif edir. ““Hə” cavabına gedən yol” kitabını oxumaqla siz aşağıdakıları addımbaaddım öyrənəcəksiniz:
- insanları problemdən ayırmağı;
- mövqelərə deyil, maraqlara köklənməyi;
- yaradıcı və ədalətli həll yolları tapmaq üçün birgə işləməyi;
- hər kəslə hər bir səviyyədə uğurla danışıqlar aparmağı.