Məhsul kodu: 11669
Böyük alman filosofu Martin Haydeggeri ötən əsrin ən ziddiyyətli filosofu hesab etmək olar. Çünki onun dövrü kəskin fikir ayrılıqları ilə zəngin idi. Haydeggerin yaratdığı cərəyanın əsas sualı belə formalaşmışdı: “Varlıq nədir?”. Bu suala analiz vasitəsilə cavab vermək mümkün deyildi. Çünki belə suallar məntiq çərçivəsində deyil. Cavab üçün yeni növ fəlsəfə lazımdır. Haydegger öz həyatının məqsədini məhz bunda görürdü. Kitab Haydeggerin həyat və fəaliyyəti haqqında vacib məlumatları yığcam şəkildə təqdim edir. Qısa zamanda daha bir maraqlı filosofu tanımaq imkanı yaradır