Məhsul kodu: 11693
Mohandas Karamçand Qandi hörmətli bir tacir kastasına mənsub olan kifayət qədər varlı bir ailədə doğulmuşdu. Ölümündən sonra bir cüt səndəli, eynəyi, bir də əsası qalmışdı. Qandi bütün həyatını özünüməhdudlaşdırmağa, cəmiyyətə xidmət etməyə həsr etmiş, yorulmadan şiddətə və dini çəkişmələrə qarşı çıxmış, ölkəsinin azadlığı yolunda xalqını səfərbər etmişdi. Qandi Hindistanda uşaqların tərbiyəsi, qadın haqları məsələsinə də tez-tez toxunurdu. Xidmətlərinə görə xalq ona Mahatma – “Böyük Ruh” adını vermişdi. Ruhundakı ucalıq və nadir rast gəlinən zəkası ilə müasir tarixin ən görkəmli şəxslərindən olan Qandi 1930-cu ildə “Time” jurnalı tərəfindən “İlin adamı” mükafatına layiq görülmüşdür. 1999-cu ildə isə Qandi Albert Eynşteyndən sonra “Əsrin insanı” nominasiyasına layiq görülmüşdür.