Məhsul kodu: 11699
Bu kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuş “Direktorun əl kitabı: məktəbin idarə olunması” layihəsi çərçivəsində hazırlanmışdır. Layihənin qalibi Azərbaycan Britaniya Kollecinin müəllimi Qoşqar Məhərrəmovdur. Kitabın həmmüəllifləri Dadaş Əliyev, Könül Abaslı, Rza Məmmədov və Qoşqar Məhərrəmovdur. Kitabın elmi redaktoru Qoşqar Məhərrəmovdur. “Direktorun əl kitabı”nda təhsilin, məktəbin idarə olunması və liderlik, məktəb mədəniyyəti, məktəbdə ünsiyyət, məktəbdə tədrisin təşkili, məktəb sənədləşməsi, məktəbdə strateji planlaşdırma, məktəbdə təşkilati davranış, dəyər yaradan məktəblər kimi mövzular əhatə olunmuşdur. Bu kitabın məqsədi məktəb direktorlarının gündəlik fəaliyyətlərini təkmilləşdirmək, məktəb praktikalarının səmərəsini artırmaq, onların bir lider olaraq şəxsi və peşəkar inkişafına töhfə verməkdir.