Məhsul kodu: 11706
“Tanrısız əxlaq mümkündürmü?” sualı əxlaq fəlsəfəsi ilə din fəlsəfəsinin kəsişdiyi nöqtədir. Bir yandan, əxlaq fəlsəfəsində obyektiv əxlaqın varlığı isbat edilir, digər yandan isə din fəlsəfəsində obyektiv əxlaqdan yola çıxmaqla Tanrının varlığı əsaslandırılmağa çalışılır.
Müəllif birinci mərhələdə obyektiv əxlaqın varlığını dörd əsas fəlsəfi arqumentlə isbat etməyə və daha sonra obyektiv əxlaqın mövcudluğunu təhdid edən iradları cavablandırmağa çalışır. İkinci mərhələdə isə obyektiv əxlaqın təbiətini analiz etməklə Tanrının obyektiv əxlaqın mümkünlük şərti olduğunu göstərməyə çalışır; “obyektiv əxlaq varsa, onda Tanrı da var; Tanrı yoxdursa, onda obyektiv əxlaq da yoxdur”, – tezisini böyük bir ustalıqla müdafiə edir.
Müəllif sözügedən tezisi sübuta yetirmək üçün yeni bir arqument irəli sürür; əvvəlcə iddiasının nədən ibarət olduğunu aydın bir dildə izah edir, daha sonra bu iddianın lehinə gətirdiyi arqumentin müqəddimələrini bir-bir yoxlayıb doğruluğunu göstərir və beləcə, kitab boyu addım-addım müqəddimələrdən nəticəyə keçidin necə baş verdiyini əsaslandırır.