Məhsul kodu: 11719
İrland yazıçısı, romançı, qısa hekayələr müəllifi və teatr tənqidçisi kimi xatırlanan Brem Stokerin məşhur “Drakula” romanı ilk dəfə 1897-ci ildə, İngiltərədə çap olunub. Epistolyar roman janrında qələmə alınmış əsərin baş qəhrəmanı zadəgan-vampir Drakuladır. Əsər başdan-başa qəhrəmanların qeydləri, məktubları və gündəlikləri əsasında qurulub. Gözəl Lüsi Vestenraya aşiq olan üç dostun romantik sevgisi, vampir Drakula tərəfindən həyatı məhv olan Lüsinin intiqamını almaq üçün bir yerə toplaşan aşiqlərin qəhrəmanlıqları, ağıllı və gözəl Mina Harkerin iztirabları, sevgisi və dostları uğrunda həyatını təhlükəyə atmaqdan çəkinməməsi, cəsur, ağıllı, uzaqgörən doktor Van Helsinqin təkcə sevdiyi, bağlandığı insanları deyil, bütövlükdə bəşəriyyəti bəladan xilas etmək çabaları romanı son dərəcə oxunaqlı edir. İngilis romantizminin maraqlı nümunələrindən olan “Drakula” romanında oxucu gerçək sevginin, etibarın, güvənin qüdrətini həyəcan və dəhşətlə izləyir. “Drakula” – bütün qorxulara qalıb gələnlərin romanıdır.