Məhsul kodu: 11737
Aclıq . Misteriya
Ədəbiyyat üzrə Nobel mükafatçısı, oxuculara Aclıq , Həyat davam edir , Torpağın bərəkəti kimi əsərləri ilə tanış olan Knut Hamsunun Nağıllar diyarında əsərini 1899-cu ildə samballı səfər təqaüdünü alıb Qafqazlara səfər etdikdən sonra yazıb. Yazıçı son dərəcə maraqlı və oxunaqlı dildə Rusiya, Gürcüstan, Azərbaycan, Türkiyə və İran səfərlərini ardıcıllıqla oxucuya təqdim edir.
Kitabın Azərbaycanla bağlı bölümü xüsusiylə diqqətçəkən və maraqlı məlumatlarla zəngindir. Həmin dövrün Bakısını, insanların məşğuliyyətini, gündəlik həyatını incə yumor və düşündürücü təhkiyə ilə qələmə alan dahi yazar bəzi məqamlarda gördükləri ilə bağlı ikrahını və dərin təəcübünü də gizlədə bilmir.