Məhsul kodu: 11769
“Uşaqları dilsiz heyvanları şallaqxanaya göndərirmiş kimi ölümə göndərəcəkdiksə,
onları dünyaya gətirməyin nə mənası vardı axı?!”
Amid və Əziz müharibə səbəbilə cəhənnəmə çevrilən adsız ölkənin hər şeydən uzaq, cənnət kimi portağal bağında böyüyən əkiz qardaşdırlar. Amma dağın o tayından gələn düşmən bombası nənə-babalarını öldürür və artıq müharibə onların da reallığının bir parçasıdır. Əkizlərin valideynlərindən dünyanın ən çətin seçimi tələb olunur: hansı övladın itkisinə ağlayacaqlarına qərar vermək. İkisindən biri dağın o tayına keçməli və canı bahasına düşmənə zərbə endirməlidir.
Amma acı tale öz sürprizləri ilə bu qərarı daha da çətinləşdirir...
Doqquz yaşındakı iki uşağın gözündən müharibə necə görünür?
Uşaqlıq ilə yetkinlik arasındakı sərhəd nə vaxt aradan qalxır?
Ömür boyu günahkarlıq duyğusu ilə yaşamaq mümkündür?
Bu, sevgi və kədərə, fədakarlıq və yalana, həyat və ölümə, müharibənin mərhəmətsiz üzünə dair zamansız romandır.