Pozitiv Düşün, Pozitiv Yaşa

Məhsul kodu: 11789

  • 14.99 AZN
  • 12 AZN


Müəllif
Veks Kinq
Kateqoriya
Fərdi inkişaf-Motivasiya
Nəşriyyat
Qanun
Səhifə
344
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

Özünüzü sevməyi necə öyrənə bilərsiniz? Mənfi emosiyaları müsbət emosiyalara necə çevirmək olar? Əbədi xoşbəxtliyə nail olmaq mümkündürmü? Qorxuya necə qalib gələ bilərsiniz? Məqsədlərinizi necə reallaşdıra bilərsiniz? Şəxsi inkişaf üzrə təlimçi bu suallara cavab verir. O özü bütün çətinliklərin öhdəsindən gələrək minlərlə gəncin ümid yerinə çevrilib. İndi isə sizə motivasiya vermək üçün şəxsi təcrübəsindən və biliyindən istifadə edir. Bu kitab göstərəcək ki, siz düşüncə tərzinizi, hisslərinizi, danışığınızı və davranışınızı asanlıqla dəyişə bilərsiniz Bununla da dünyanı dəyişməyə başlayırsınız.

Ana, bu kitabı sənə həsr edirəm. Keşməkeşli həyat yaşamışıq, lakin sən öz gücün, inamın və əzminlə bizim üçün inanılmaz şeylər etmisən. Həyatda çox çətinlik çəkdiyinə, mənim isə bəzi məqamlarda səni məyus etdiyimə baxmayaraq, yenə də sən mənə həmişə qeyd-şərtsiz sevgi göstərmisən. Məhz bu sevgi idi sənin fədakarlıqlar göstərməyinə və mənim üzümün gülməsinə səbəb olan. Sən bağışladın, qucaqladın, güldün, ilham verdin, həvəsləndirdin, sağaltdın və sevgi ilə hər şeyin mümkün olduğunu göstərmək üçün əlindən gələni etdin. Elə buna görə də bu gün buradayam, sevgimi sözlərimlə başqalarına çatdırıram.

Həmçinin atama həsr edirəm – mənim varlığım, əlbəttə ki, sənsiz mümkün olmazdı. Səni heç vaxt yaxından tanıma şansım olmasa da, ən çox ehtiyac duyduğum anlarda sənin enerjinin mənə yol göstərdiyini hiss etmişəm. Mən doğulanda sənin üçün nə qədər əhəmiyyət kəsb etdiyimi bilirəm. Ümid edirəm, mənimlə fəxr edirsən. Nəhayət, mən bu kitabı arzuları, xəyalları olan hər kəsə həsr etmək istərdim. Bu, istər yaşamaq arzusu olsun, istərsə də bir qaranlıq gündən çıxmaq arzusu. Mənim arzum isə insanların həyatını müsbətə doğru dəyişəcək bir kitab yazmaq idi. Əgər mən öz arzumu reallaşdırmağı bacarıramsa, sən də bacararsan.

Mən sənə inanıram – ümid edirəm, sən də özünə inanırsan.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar