Məhsul kodu: 11819
Qədim türk dünyasının yaradıcı dühasının ən böyük və mükəmməl əsəri olan bu dastan XIV əsr müsəlman tarixçisi Fəzlullah Rəşidəddin Həmədaninin “Cəmi ət-təvarix” adlı məşhur əsərinin bir hissəsi olub, elm aləmində müsəlman “Oğuznamə”si adı ilə məşhurdur. Azərbaycanla da bağlı çoxlu bilgilərin olduğu bu kitab indiki zamanda gənclərimizin milli özünüdərk və soy kökə qayıdış ruhunda tərbiyə edilməsi üçün əvəzsiz mənbədir.
Kitab tarixçilər, ədəbiyyatşünaslar, folklorşünaslar və ümumiyyətlə, bütün türklərin ulu babası Oğuz Kağan və Azərbaycan türklərinin də soy kökündə dayanan oğuz boylarının tarixi ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.