Məhsul kodu: 11837
Karlo Eliot Londonda yaşasa da, əslən fransız idi. Dolu bədəni, qısa boyu, uzun və pırtlaşıq bakenbardı olan Karlo iş adamı, daha dəqiq desək, naşir kimi tanınırdı. O, bir çox tanınmış yazıçıların əsərlərini nəşr edirdi. Karlonun nəşriyyatının məhsullarına İngiltərənin istənilən şəhərinin kitab dükanlarında rast gəlmək olardı.
Əslində, naşirlik Karlo üçün yalnız biznes deyildi, onun nəşriyyat işinə həvəsinin, marağının kökündə həm də kitablara aşiqliyi dayanırdı.