Məhsul kodu: 11877
Elgün Oruclunun ilk təcrübəsi olan “Üçbucaq” romanı özəl mülahizələrlə dolu, gözlənilməz manevrlərlə ilmələnmiş, maraqlı bir ədəbiyyat faktıdır. Roman Bigmin obrazının uşaqlıq təsəvvürlərinin gerçək yaşama transferi zamanı yaranmış bəzi hallarda pat, bəzi hallarda seytnot vəziyyətləri ilə səciyyələnir. Müasir gəncliyin dilinə uyğun şəkildə yazılmış bu ədəbiyyat nümunəsi manevrləri ilə öyrəncəli olduğumuz çağdaş üslubu bəzi hallarda üstələyir. Bütün hallarda yazarın fərqli dəsti-xətti hiss olunan bu əsərdə maraqlı məqamlarla rastlaşacaqsınız. Sevgi, xəyanət və qətl, müasir dövrün xarakterik hadisələri bu əsərdən də yan keçməyib. Köhnə fəlsəfi başlanğıc, çağdaş gəncliyin düşüncə tərzinə uyğun yaşantılarla zəngin süjet xətti və müəmmalı sonluq: Sizi maraqlandıra biləcək “Üçbucaq”!
ISBN: 978-9952-5666-8-0