Dəniz

Məhsul kodu: 11958

  • 8.5 AZN
  • 6.8 AZN


Müəllif
John Banville
Kateqoriya
Proza
Nəşriyyat
Nebula
Səhifə
220
Tərcümə
Anar Mahmudov
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

Ötən günlər içimdə ikinci ürək kimi döyünür .

Modern Dünya Ədəbiyyatı seriyamızın üçüncü kitabı, İrlandiya ədəbiyyatının yaşayan əfsanəsi Con Bənvilin The Man Booker mükafatını 2005-ci ildə qazanmış romanı Dəniz olacaq. ✨️

Əsl xəzinə... Sanki hər səhifəsi canlıdır və hər cümləsi ritmlə dalğalanır. Onu eşitmək lazımdır, çünki səsi məstedicidir... Bu, incəsənətin qalib üzüdür.
- The Philadelphia Inquirer

Maks Morden xatirələrin bihuşedici gücünə sığınmaq, acı reallıqdan qaçmaq istəyir. Həyat yoldaşının ölümündən sonra başının üstünü alan kədər, qəzəb və tənhalıqdan az da olsa, uzaqlaşmaq üçün Maks uşaq vaxtı ailəsi ilə birlikdə tətilə gəldiyi kiçik, dənizkənarı qəsəbəyə, ilk məhəbbətin təravəti və ölümün qəfilliyi ilə tanış olduğu yerə qayıdır. Və beləcə, Qreys ailəsinə dair xatirələr illər sonra üzə çıxır. İsti, xoş, bir o qədər də ürküdücü xatirələr. Amma Maks yaddaşının tozlu rəflərində gizlənmiş bu xatirələrin sirrini yenidən kəşf etməlidir. Yaşadıqlarının hamısı həqiqətdir, yoxsa bir hissəsi onun uydurmasıdır? İllər ötdükcə keçən günləri olduğu kimi xatırlayırıq, ya olmasını istədiyimiz kimi?
Həyatımızın mərkəzində duran bir çox sualları dilə gətirən Con Bənvil bizə məhəbbət, itki və yaddaşın gözlənilməz gücünə dair unudulmaz əsər təqdim edir. Cavablar isə sətiraralarındadır.

“İndiyə qədər yazdığı ən yaxşı romanı budur... İnsanın ağlını başından alan, möhtəşəm cümlələrlə doludur”.
- Daily Telegraph


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar