Məhsul kodu: 11977
Bu krallar nə iş görür deyə diqqət yetirsək, bəzi ölkələrdə heç nə etmədiklərini görərik. Bütün həyatlarını boş və mənasız şəkildə keçirdikdən sonra nə özləri xoşbəxt olur, nə də ölkələri. Mənasız ömür sürmüş, oğullarına da eyni həyatı yaşamaqları üçün taxtlarını miras qoymuşlar. Bütün işin ağırlığı kralın çiyinlərindədir. İsrailoğulları kral istədikləri zaman “Qoy biz də başqa xalqlar kimi olaq, kralımız bizə hakimlik etsin, qabağımızda gedib döyüşlərimizə rəhbərlik etsin” deyə düşünmüşdülər. (I Samuel 8:20). Lakin İngiltərə kimi kralın nə hakim, nə general olduğu ölkələrdə, bu vəziyyətdəki bir insanın, “görəsən mənim işim nədir” deyə sual edə bilər.
Hakimiyyət cümhuriyyətə nə qədər yaxınlaşsa, kralın da o qədər az işi olur. İngiltərədəki hakimiyyətə uyğun bir ad tapmaq çətindir. Ser Uilyam Meredit buna cümhuriyyət demişdi. Ancaq mövcud vəziyyəti göz önünə gətirdikdə İngiltərədəki hakimiyyətin bu ada layid olmadığı görünür. Çünki hər şeyi öz mülkiyyəti altına alan krallığın degenerasiya olmaq gücü o qədər təsirli şəkildə hər şeyi əmdi ki, lordlar palatasının fəzilətlərini o qədər acgözlüklə yeyib bitirdi ki, İngiltərə hakimiyyəti, ən azı Fransa və İspaniya hakimiyyətləri qədər monarxiyaya çevrildi. İnsanlar anlamadan, bilmədən ortaya atılıb bəzi sözlər deyirlər. İngilislərin konstitusiyalarında təriflədikləri şey monarxiya deyil, cümhuriyyətçi ünsürlərdir. Yəni öz içlərindən seçim yolu ilə Lordlar palatası çıxarmaq azadlığıdır – və cümhuriyyətçilik fəziləti uğursuz olduqda dərhal ardından köləliyin gəldiyi rahatlıqla müşahidə edilir. İngiltərə konstitusiyası niyə xəstədir? Çünki monarxiya cümhuriyyəti zəhərləri, krallıq Lordlar palatasını hakimiyyəti altına aldı.