Məhsul kodu: 11981
Paulo Freyre həyatını məzlumların nəsə öyrənməsinə, xüsusən də, hərf tanımayan yetkin insanların təhsilinə sərf edən pedaqoqdur. Məzlumların pedaqogikası nda isə sadəcə müəyyən təhsil mərkəzlərində tətbiq olunacaq alternativ bir pedaqogikanı yox, məqsədləri qədər istifadə etdiyi üsulları da azadə olan azadlıq siyasətini məsləhət görür. Onun fikrincə, siyasət sözün geniş mənasında bir təhsil mərhələsidir. Freyre bankir təhsil metodunu rədd edir. Bu modeldə şagirdlər və ya tələbələr (məzlumlar) üzərlərinə bilik sərmayəsi qoyulan passiv varlıqlar, boş qablardır.