Məhsul kodu: 12019
Bu kitabda XI əsrdə yaşamış türk dövlət xadimi Məlik Danişmənd
Qazinin həyatından, döyüşlərindən, Anadoludakı bəzi şəhərlərin fəthindən bəhs edilmişdir. Rəvayət edilən hadisələrin tarixi həqiqətlərə uyğun olması, qəhrəmanların yaşamış türk bəyləri olması və Anadolu coğrafiyasının əsl adları ilə qeyd olunması dastanın səciyyəvi xüsusiyyətlərindəndir. Türk dastanları silsiləsində mühüm halqalardan birini təşkil etməklə yanaşı, həm də Anadoluda yazılmış ilk yazılı əsərlərdən biridir. Eyni zamanda keçmişdə türklərin yediyi yeməklər, çalğı alətləri, istifadə etdikləri döyüş ləvazimatları, çəki ölçüləri, geyindikləri paltarlar və s. haqqında ətraflı məlumat verilmişdir.