Məhsul kodu: 12038
“Ümdət əl-mülk” adlandırılan tərkənlər Türk siyasi həyatının ən güclü qadınları idi. Bu ənənəni başladan isə Böyük Səlcuqlu sultanı Məlikşahın xanımı Tərkən xatun oldu. Məlikşah üzərində böyük təsir gücünə malik olan Tərkən xatun, dövlət xadimləri və komandanlar arasında da xüsusi rəğbət qazanmışdı. Saraydakı fəaliyyəti illərində isə, əsasən dini və siyasi iki böyük güclə – bir tərəfdə Abbasi xəlifəsi Müqtədi-Biəmrillah, digər tərəfdə isə vəzir Nizamülmülklə çəkişmə içində olmuşdur. Tərkən xatunun oğlu Mahmudu hakimiyyətə, nəvəsi Cəfəri isə xəlifəlik məqamına çıxartmaq cəhdləri Səlcuqlu vəziri Nizamülmülkün xoşuna gəlməmiş və bununla da Səlcuqlu dövləti daxilində siyasi çəkişmələr çoxalmış, hakimiyyət uğrunda mübarizələr başlamışdır. Özündən sonra Türk dövlətləri tarixində tərkənlik ənənəsinin memarı olaraq qalan Tərkən xatun orta əsr Türk dövlətlərinin siyasi tarixində hökmdar qadınların ən güclüsü və təsirlisi olmuşdur. Bu kitab, Tərkən xatun obrazını aydınlatmağa və bir
qadın kimi onun siyasi kimliyini öyrənməyə çalışır.
ISBN: 978-9952-8527-3-8