Məhsul kodu: 12049
Cəzanın əsl səbəblərini, həbsxana şəraitini, cəmiyyətin ikiüzlülüyünü, dərin yoxsulluğun səbəblərini, vətəndaşlarına yaşamağa imkan verməyən bədxah siyasi sistemi sorğulayan Viktor Hüqo bu əsərdə azadlığı və təhsilin vacibliyini müdafiə edir. O, sadəcə ölüm hökmünə yox, qanun və cəmiyyətin xilas etmək üçün hərəkətə keçmədiyi insanların adından bütün sistemə qarşı müharibə elan edir. Mövzu baxımından “Edama məhkumun son günü”nə bənzəyən bu kitabda Klod Qönün timsalında "Səfillər"in qəhrəmanı Jan Valjanın formalaşmasının da şahidi oluruq.