Məhsul kodu: 12062
Onlar hunların min il səltənəti olmuş ərazilərdə “Türk dünyası”nı inşa etdilər. Asiyanın ucsuz-bucaqsız torpaqlarında iki əsr hökmran oldular. Koreyadan Bizansa, Sibirdən Xorasana və Azərbaycana qədər geniş bir coğrafiyanı öz bayraqları altında birləşdirdilər. Çin, Hind, Sasani, Roma mədəniyyətlərini bir-birinə bağlayan qlobal ticarət münasibətlərini yaradaraq Dünya tarixində əhəmiyyətli rol oynadılar. İpək Yolu ticarətini əsrlər boyu idarə etdilər. Monoqrafiya Türk xaqanlığı dövründə geniş Asiyada baş verən hərbi-siyasi, iqtisadi və mədəni proseslərdənbəhs edir. İlkin orta əsrlərdə Türk siyasi-mədəni kimliyinin tarixini işıqlandırır.