Məhsul kodu: 12077
Əlinizdə tutduğunuz kitab həyatın ən vacib mövzularından biri olan pul məsələlərini daha yaxşı anlamağı öyrədən hekayələr toplusudur.
Morqan Hauzel daha düzgün maliyyə qərarları qəbul etmək və sərvət sahibi olmaq üçün insan davranışını anlamağın vacibliyindən danışır. Çünki pullarınızın idarə edilməsi sizin birbaşa olaraq biliyinizdən deyil, məhz ona münasibətinizdən asılıdır. Bəzən çox ağıllı insanlara belə bunları öyrənmək çətin gəlir.
Bu, düşüncə tərzini dəyişməklə maddi rifahını qaldırmağı qarşısına məqsəd qoyan insanlar üçün səhifələrində dəyərli məsləhətlər verən kitablardandır. Siz maliyyə fırıldaqlarını anlaya biləcək, lazım gəldiyi təqdirdə ifrat xərclər etməkdən qaça biləcəksiniz.