Daxili Motivasiyanın Gücü

Məhsul kodu: 12084

  • 13.9 AZN
  • 11.1 AZN


Müəllif
Deniel Pink
Kateqoriya
Fərdi inkişaf-Motivasiya
Nəşriyyat
Parlaq İmzalar
Səhifə
288
Tərcümə
Zəkəriyya Türksoy
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

Amerikalı yazıçı və jurnalist Deniel Pink bu kitabla dünyada mo­­­tivasiya anlayışına yeni baxış gətirib. Əksər şirkət rəhbərləri, idarəçilər öz işçilərini motivasiya etmək üçün “cəza-mükafat” prinsipindən istifadə edirlər. Amma müəllif həm son elmi nai­liyyətlərə, həm də biznes mühitindəki konkret, real nümu­nə­­lərə əsaslanaraq sübut edir ki, bu yanaşma nəinki effektiv deyil, hətta bir çox hallarda işçinin yaradıcılığına və məhsuldarlığına mane olur.
Müəllifin fikrincə, “cəza-mükafat” prinsipi ən yaxşı halda ru­tin, al­qoritmik işlərdə kömək edə bilər. Amma yaradıcı, daha mü­­rək­kəb tapşırıqların həlli üçün innovativ və insan təbiətinin tə­ləb­­lərinə cavab verən bir motivasiya formulu lazımdır. Bir sözlə, sistem yenilənməlidir. Deniel Pink Motivasiya 2.0-ın ye­rinə Mo­tivasiya 3.0-ı təklif edir. Bu yeni sistemin adı daxili moti­va­siyadır. Burada 3 faktor ciddi rol oynayır: avtonomiya, us­talıq və məq­sədyönlülük.
Müəllif hesab edir ki, iş mühiti işçinin tapşırığı sərbəst icra edə bilməsi üçün uyğun olmalı və onun təşəbbüskarlığı bo­ğul­ma­­malıdır. Belə bir avtonomiya şəraitində o qarşısına ali bir məq­səd qoyacaq. Bu məqsəd onu həm daxilən motivasiya edəcək, həm də uzunmüddətli perspektivdə ustalaşdıracaq.
“Daxili motivasiyanın gücü” son dövrlər motivasiya haqqında yazılmış ən əsas kitablardan biridir. Bu kitab komandasının effektivliyini, işçilərinin məm­nunluğunu artırmaq istəyən bütün rəhbər və idarəçilərə lazımdır.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar