Məhsul kodu: 12095
Heyvanlar aləminin yox olduğu distopik bir gələcək və yaxınlarını çox sevən, lakin sevdiyi insanlardan qaçan bir qadın. Frenni Stoun bir gün hər şeydən, hər kəsdən qaçmağa qərar verir – Qrenlandiyaya üz tutur. Məqsədi hər il Qrenlandiyadan Antarktidaya yol alan dünyanın son qütb susüpürənlərinin son köçünə qoşulmaqdır. Frenni bir balıqçı gəmisinə minir, ekipajla birlikdə özünü həsrətini çəkdiyi təhlükənin qoynuna atır. Ancaq keçmiş – ehtiras dolu məhəbbət, yoxsul ailə, əsrarəngiz cinayət yavaş-yavaş üzə çıxdıqca aydın olur ki, o təkcə quşların dalınca düşməyib, axtardığı başqa bir şey daha var. Qaranlıq keçmiş onu çulğaladıqca, görəsən, Frenni özünü cəzalandırmaq üçün daha hansı təhlükələrə atılacaq?
Şarlot Makkonahinin epik, məhrəm, ürəkparçalayan “Son köç” romanı həm ölümün ayağında olan dünyaya yazılmış ağı, həm də heç vaxt ölməyən ümidin hekayətidir.
“Ora gedib çatanda özümdən sonra bu dünyada heç nə qoymayacam: nə genlərimi daşıyan bir övlad, nə adımı tarixə yazan bir sənət əsəri, nə bir kitab, nə də gördüyüm möhtəşəm işlər. Mən sakit və gözə görünməyəcək qədər kiçik bir həyat düşünürdüm. Lap tədqiq edilməyən, gözlərdən uzaq “Nemo nöqtəsi” kimi.
Həyatın mənasını insanın ona bəxş etdikləri və qoyub getdikləri ilə ölçürlər. Amma mən daha yaxşısını bilirəm: onun mənasını ona heç nə verməməklə, verməyib verəcəklərindən məhrum etməklə də ölçmək mümkündür…”
“Təbiətin məhv olmasına yazılan ağı”.
― “Newsweek”
““Son köç” indiyədək oxuduğum ən ağrılı və ən gözəl mətndir. Bu qeyri-adi roman çox istedadlı bir qələmdən xəbər verir”.
― Emili Sent-Con Mandel, “The Glass Hotel” və “Station Eleven” romanlarının müəllifi
“İnsanın və təbiətin itkiləri haqqında elegik bir təfəkkür… Çox maraqlı, unudulmaz və oxucunu sətir-sətir özünə əsir edən bir roman”.
― Ceff Vandermeyer, “Annihilation” romanının müəllifi