Məhsul kodu: 12100
Nizaməddin Şaminin oxuculara bu vaxtadək tanış olmayan bu yazılı mənbəsi Teymurləngin dövrünə aid tarixi əsərdir. Teymuru səfərlərdə müşayiət edən Nizaməddin gürcülərin əlindən Berd qalasının alınmasının şahidi olur, sonra isə Beyləqanda arx çəkilməsi münasibətilə maddi tarix (xronoqram) tərtib edir. 1393-cü ildən sonra onillik ərzində baş verən hadisələr müəllifin şəxsi müşahidələrinə əsasən şərh olunur.
Kitabı nəşrə akademik Ziya Bünyadov hazırlamışdır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulur.