Boş Boğaz

Məhsul kodu: 12106

  • 12 AZN
  • 9.6 AZN


Müəllif
İtan Kross
Kateqoriya
Fərdi inkişaf-Motivasiya
Nəşriyyat
Qədim Qala
Səhifə
0
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

• Özünlə danışmağın doğru və yanlış yolları varmı?
• Nə üçün bəzi insanlar daxili aləmlərinə varanda öz hisslərini başa düşərək rahatlıq tapır, bəziləri isə bunu edəndə darmadağın olurlar?
• Bizim üçün dəyərli olan insanlarla nə onlarda, nə də özümüzdə mənfi fikir və emosiyalar oyatmadan necə ünsiyyət qura bilərik?
• Zəhərli stresin təsiri altında məntiqli düşünməyi öyrənmək mümkündürmü?
• Sosial mediada qarşılaşdığımız saysız-hesabsız “səslər” daxilimizdəki səsə necə təsir edir?
Fəlsəfə doktoru, psixoloq İtan Kross “Boşboğaz” kitabında daxili səsimizin gizli gücünü aşkara çıxarır, xoş hisslərin üstünlük təşkil etdiyi sağlam və məhsuldar həyat yaşamaq üçün bu səsdən necə bəhrələnə biləcəyimizi göstərir.

“İç səsimizdə son dərəcə sirli, hətta elə möhtəşəm bir şey var ki, onun vasitəsilə kim olduğumuzu və nə düşündüyümüzü anlaya bilirik. Krossun həmin səsi idarə etmək və onu nəzarətdə saxlamaqla bağlı yaxşı ideyaları var...”
“The New Yorker”

“Bu maraqlı hekayələr toplusu sakitlikdə özümüzlə apardığımız söhbətlər vasitəsilə müsbət və mənfi düşüncələrimizdən yararlanmaq üçün malik olduğumuz gücü və ən yaxşı tərəflərimizi qəbul etmək üçün əzəldən daxilimizdə var olan inanılmaz qüvvəni araşdırır.”
CNN

“Bu, axıcı bir dillə yazılmış və dərin biliklərlə zəngin heyrətamiz hekayədir. Kross bizə daxilimizdə özümüzlə apardığımız söhbətləri necə daha keyfiyyətli etməyi, bu söhbətləri bizi necə daha xoşbəxt, sağlam və məhsuldar insane çevirə biləcəyini göstərir.”
“Kirkus Review” ulduzlu rəy

Fəlsəfə doktoru İTAN KROSS şüurlu zehnin idarə edilməsi üzrə dünyanın ən qabaqcıl mütəxəssislərindən biridir. Miçiqan Universiteti və Ross Biznes Məktəbində mükafata layiq görülən professor “Emosiya və özünənəzarət” laboratoriyasının rəhbəri vəzifəsində çalışır. O, Ağ Evdə siyasi müzakirədə iştirak etmiş, CBS kanalınn “Axşam xəbərləri”, “Sabahın xeyir, Amerika” və NPR radiosunun səhər buraxılışında öz fəaliyyəti barədə müsahibə verib. Onun qabaqcıl tədqiqatları “The New York Times”, “The New Yorker”, “The Wall Street Journal”, “USA Today”, “The New England Journal of Medicine” və “The Proceedings of the National Academy of Sciences” kimi nəşrlərdə işıqlandırılıb. İtan Kross Pensilvaniya Universitetində humanitar elmlər üzrə ali təhsil alıb. Daha sonra Kolumbiya Universitetində psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.
“Boşboğaz” onun ilk kitabıdır.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar