Məhsul kodu: 12122
Müəllif – fizika mütəxəssisi, jurnalist və “Nyu-York Tayms” qəzetinin elm məsələləri üzrə redaktoru Vilyam Lorens uran nüvələri parçalanmasının kəşfindən və atom əsrinin başlamasından danışır, ABŞ-da atom silahının yaradılması tarixini təsvir edir. O, nüvə enerjisindən dinc məqsədlərlə istifadə olunması perspektivləri üzərində də dayanır.
Lorens atom enerjisindən istifadə olunmasına xeyli kömək etmiş, dünyanın görkəmli alimlərinin – amerikalı R. Oppenheymer, italiyalı E. Ferminin, danimarkalı N. Borun, fransız İ.Jolio-Kurinin və başqa fiziklərin nüvə fizikası sahəsindəki tədqiqatlarından canlı və maraqlı şəkildə bəhs edir. Müəllif bununla yanaşı, fizikanın təsviri tədqiqatlarının əsas prinsiplərini sadə dillə şərh edir.
Kitab geniş oxucu dairəsi üçün maraqlı və faydalıdır