Məhsul kodu: 12213
XX əsr Azərbaycan hekayəçiliyinin ən məşhur imzalarından olan Əbdürrəhim bəy Haqverdiyev öz əsərlərində cəmiyyətdəki çatışmazlıqları, cəhaləti, xurafatı kəskin satirik qələmi ilə, sözün əsl mənasında, qamçılayır. Problemləri tənqid etdiyi obrazların dili ilə çatdıran yazıçı yumoristik yanaşma sərgiləməkdən də çəkinmir.
Onun “Bomba”, “Mirzə Səfər”, “İt oyunu”, “Seyidlər ocağı”, “Həmşəri pasportu” hekayələri dövrün güzgüsü rolunu oynayır.