Məhsul kodu: 12254
Bencamin Qremin “Ağıllı investor” kitabı yenidən işlənmiş nəşrdir və 1970-ci illərədək olan dövrü əhatə etməklə, maliyyə və fond bazarının tarixini, inkişaf mərhələlərini təsvir edir. Kitabda qeyri-peşəkar investorlara investisiya siyasətinin hazırlanmasındakı və həyata keçirilməsindəki incəliklərdən danışılır. Nəzəri izahlar və təhlillər konkret şirkətlərin təcrübəsində göstərilir.Həmçinin investorun investisiya obyektlərini, o cümlədən səhm və istiqrazları seçərkən, ilk növbədə nələrə diqqət yetirməli və necə davranmalı olduğunu anlamağa kömək edir. Müəllif kitabda möhtəkirlərlə investorların fərqini açmağa çalışmışdır. Bu kitab “üç gündə necə milyonçu olmaq” haqqında deyil, ağıllı şəkildə səhmdar olub, daim gəlir əldə etmək bacarığının sirrini açır. Kitab fond bazarı və qiymətli kağızlar və investorluğun əsas prinsipləri haqqında bilgilər verməklə dərslik kimi istifadə oluna bilər.