Məhsul kodu: 12312
Bir çox real və xəyali dünyaların arasında vurnuxan yazıçı Kilqor Traut ədəbiyyat mükafatının dadını öyrənir...Yaradıcı hotelin banket zalında yaratdığı obrazların ən qeyri-adisi ilə nahar edib, onunla arxayın-arxayın söhbətləşir...Mif məzhəkəyə, faciə isə qara komediyaya çevrilir...Dahi Kurt Vonnequtun antiutopiya və sürrealizmi, modernizmi və istehzalı fantastikanı, fəlsəfi hekayəni və hətta real psixoloji nəsri özündə birləşdirən ən maraqlı və ən çoxmənalı romanlarından biri olan “Çempionlar üçün səhər yeməyi”nin əsas motivləri məhz buna əsaslanır.