Məhsul kodu: 12422
Birinci Qarabağ müharibəsi atəşkəslə dayanıb. Bəs zehinlər? Müharibə orada dayanıbmı? Reallıqla zehnin sərhədlərinin itdiyi bir anda keçmiş hərbçi Camalovu sərhəd rayonlardan birinə prokuror təyin edirlər. Keçmiş xatirələrin bir addımlığına bu dəfə prokuror kimi getmək və oradakı cinayətləri araşdırmaq necə nəticələnəcək? Camalov hərbçi cildindən prokuror təyinatına necə keçid edə biləcək? Müharibə rayon əhlini necə dəyişib? Cinayətlər və naməlum itkinlər... 127-ci qəbir romanında naməlum qəbirlərin axtarışına çıxan qəhrəman sizi 90-cı illərin reallıqları və böyük müharibənin həsrəti ilə tanış edəcək.